Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2023 15:10
ABŞ-ın Hərbi Hava Qüvvələri hazırda 540-dan çox F-35 qırıcısına malikdir. Lakin onların yalnız 53,1%-i döyüş tapşırıqları üçün yararlıdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
"F-35 qırıcılarının yarıdan çoxu təlim və döyüş növlərini keçirməyə hazırdır. Amma onlardan 30%-dən az hissəsi bütün tapşırıqları yerinə yetirə bilir", - məlumatda deyilir.
Faktı Hərbi Hava Qüvvələrinin generalı Maykl Şmidt də təsdiqləyib:
"Düşünürəm ki, bu, sadəcə olaraq qəbuledilməzdir. Mənim əsas prioritetim mümkün qədər hazır olmaqdır. İl ərzində qırıcıların hazırlıq səviyyəsini ən azı 10% artırmalıyıq".