Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu tərəvəz bitkisi min bir dərdin dərmanıdır

Bu tərəvəz bitkisi min bir dərdin dərmanıdır

Tarix: 1 Aprel 2023 07:06

Soğan Azərbaycan mətbəxində əksər yeməklərin hazırlanmasında istifadə olunur. Elə çiy halda da onu yeməyi sevənlər az deyil.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, soğan qocalma prosesini ləngidir, üzdə qırışların yaranmasına mane olur.

Bu bitki həmçinin tərkibindəki antioksidantlar sayəsində onkoloji xəstəliklərin və müxtəlif  virusların yayılmasının qarşısını ala bilər. Soğanın tərkibindəki kversetin adlı maddə zərərli bakteriyaları məhv edir.

Qırmızı soğan damarları möhkəmləndirir, qan təzyiqini azaldır, metobolik sindromun qarşısını alır və böyrəklərin fəaliyyətinə kömək edir.

Soğan B1 vitamini ilə birlikdə istifadə olunanda qanı oksigenlə zənginləşdirdiyinə görə, yorğunluğun tez aradan qalxmasına kömək edir, qanda qlukozanın səviyyəsinin yüksəlməsinə imkan vermir.

Milli.Az


Etiketlər:  Bu tərəvəz bitkisi min bir dərdin dərmanıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ