Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fermerlərlər bundan sonra ziyan etməyəcək - VİDEO

Fermerlərlər bundan sonra ziyan etməyəcək - VİDEO

Tarix: 1 Aprel 2023 16:48

Dövlət Toxum Fondu əkin kalkulyatorunu istifadəyə verib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Qafqaz regionunda bir ilk olan bu xidmət fermerlərin bələdçisi hesab edilir.

Bu kalkulyator vasitəsilə fəaliyyət rayonu, istifadə ediləcək toxum sortunu, əkin sahəsinin həcmini göstərməklə məhsuldarlığı, çəkiləcək xərc və gəlirləri hesablamaq mümkündür. Bir neçə gün əvvəl istifadəyə verilimiş kalkulyatorda hələ ki, dənli bitkilərlə bağlı hesablama aparmaq mümkündür.

Sistemdən istifadə etmək üçün Dövlət Toxum Fondunun rəsmi səhifəsinə daxil olmaq, xidmətlər bölməsindən əkin kalkulyatoru düyməsindən seçmək lazımdır.

Bu kalkulyator gündən-günə artan əkin xərclərindən fermerləri xəbərdar edir.

Əkin kalkulyatorundan istifadəni genişləndirmək üçün yaxın günlərdə bölgələrdə maarifləndirmə işləri başlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Fermerlərlər bundan sonra ziyan etməyəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ