Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SON DƏQİQƏ! ABŞ hərbi təyyarəsi İran sərhədində

SON DƏQİQƏ! ABŞ hərbi təyyarəsi İran sərhədində

Tarix: 2 Aprel 2023 20:22

ABŞ Silahlı Qüvvələrinə məxsus ER-3E kəşfiyyat təyyarəsi bazar günü İranın hava sərhədləri yaxınlığında görünüb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məlumata görə, hadisə Oman körfəzi üzərində baş verib. Təyyarə qeydə alındıqdan sonra İran Hərbi Dəniz Qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib. Təyyarənin ekipajına isə xəbərdarlıq göndərilib.

Qeyd edək ki, kəşfiyyat təyyarəsi "Lockheed Martin" şirkəti tərəfindən istehsal edilib və ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunur.

"Flightradar24" xidmətinin məlumatına görə, təyyarə Oman körfəzi üzərində səmada İran sərhədi boyunca uçuşunu davam etdirir.


Etiketlər:  DƏQİQƏ ABŞ hərbi təyyarəsi İran sərhədində


RƏYLƏR