Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənni: “Vaqonlarda yaşayırdım, dostlarım heyvanlar idi” - FOTO

Azərbaycanlı müğənni: “Vaqonlarda yaşayırdım, dostlarım heyvanlar idi” - FOTO

Tarix: 3 Aprel 2023 17:50

Rusiya və MDB ölkələrində məşhurlaşan müğənni Navai Bəkirovun şəxsi həyatı ilə bağlı etirafı gündəm olub.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında uşaqlığının əksər hissəsini zooparkda keçirdiyini açıqlayıb.

"Zooparkda doğulub böyümüşəm. 6 yaşıma qədər nə insanlarla ünsiyyətim, nə dostum, nə də bağçam olub. Zooparkımız 2 həftədən bir şəhərdən şəhərə köçdüyündən vaqonlarda yaşayırdıq, tək dostlarım heyvanlar idi. Ona görə də məni heç kim başa düşmür".

Qeyd edək ki, N.Bəkirov daha əvvəlki müsahibələrin birində məşhurluqdan əvvəl gündüzlər traktor, gecələr isə taksi sürücüsü işlədiyini vurğulamışdı.

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənni Vaqonlarda yaşayırdım dostlarım heyvanlar idi FOTO


RƏYLƏR