Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2023 23:54
Malayziya parlamenti ölkədə ölüm hökmünün ləğvi və ömürlük həbsin ləğvinə yönəlmiş hüquqi islahatları təsdiqləyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb
Qanun layihəsində məcburi ölüm cəzasının 30 ildən 40 ilə qədər olan ömürlük həbs cəzası ilə əvəz edilməsi təklif edilir. Bundan başqa, ölüm cəzasının cinayətin ağırlığından asılı olaraq altı dəfədən 12 dəfəyə qədər dəyənəklə zərbələrlə əvəz edilməsi təklif edilib.
Qeyd edək ki, Malayziya 2018-ci ildən ölüm hökmünə moratorium qoyub.