Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Optimizm ömrü nə qədər uzadır?

Optimizm ömrü nə qədər uzadır?

Tarix: 5 Aprel 2023 22:12

ABŞ-da aparılan bir araşdırma, ən optimist insanların 90 yaşından sonra yaşama ehtimalının ən az nikbin olan insanlara müqayisidə 10 faiz daha çox olduğunu ortaya qoydu.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Harvard və Boston Universitetlərindən bir qrup alim tərəfindən aparılan və 159255 qadının daxil edildiyi araşdırmanın nəticələri "Journal of the American Geriatrics Society"-də dərc olunub.

Alimlər müayinələr nəticəsində nikbinliyin insan ömrünü 5,4% faiz, yəni orta hesabla 4,4 il artırdığı qənaətinə gəliblər.

İdmanın sağlamlıq üçün vacib olduğu mövzusunda əksəriyyətin həmfikir olduğunu və müntəzəm idmanın insan ömrünü 0,4-4,2 il uzatdığını xatırladan elm adamları nikbinliyin də idman qədər faydalı olduğunu və ömrü artırdığını vurğulayıblar.


Etiketlər:  Optimizm ömrü qədər uzadır


RƏYLƏR