Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 16:20
Bakı. Trend:
Rusiyalı biznesmen Roman Abramoviç “Çelsi” futbol klubunu satmaqda maraqlı deyil.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya mətbuatı yazır.
Bir müddət əvvəl qeyd olunurdu ki, Böyük Britaniyanın ən zəngin şəxslərindən olan Cim Retkliff “Çelsi”ni almaq barədə düşünür.
Məlumata görə, R.Abramoviç nə Cim Retklifflə, nə də digər potensial müştərilərlə danışıqlar aparmayıb.
Qeyd edək ki, hazırda Roman Abramoviç Böyük Britaniyada viza müddətinin başa çatmasına görə Londonda “Çelsi”nin matçlarını izləyə bilmir. Klubun gündəlik işlərinə baş direktor Marina Qranovskaya nəzarət edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin