Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Defender" yox, başqa təlimlər: Ermənistan MN Pentaqonun bəyanatlarına reaksiya verib

Tarix: 7 Aprel 2023 18:04

Ermənistan Silahlı Qüvvələri bu il ABŞ-ın rəhbərliyi altında Avropada keçiriləcək iki təlimdə iştirak edəcək.

Milli.Az bildirir ki, Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyanın Armenpress xəbər agentliyinə verdiyi məlumata görə, Ermənistan hərbçiləri KFOR (Kosovo Qüvvələri) və Saber Junction manevrlərində iştirak etməyi planlaşdırıb. Təlimi ABŞ Ordusunun Avropa Komandanlığı həyata keçirəcək.

Bundan əvvəl Pentaqonun sözçüsü Sabrina Sinq Ermənistanın Avropada keçiriləcək "Defender-23" çoxmillətli təlimlərində iştirak edəcəyini açıqlayıb.

Daha sonra ABŞ hərbi departamentinin saytında dərc olunmuş rəsmi press-relizdə Ermənistan iştirakçılar siyahısından çıxarılıb.

Pentaqonun saytında Ermənistan ilkin olaraq ABŞ-ın Avropada təşkil etdiyi "Defender 23" təlimlərində iştirak edəcək ölkələr siyahısında olub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Defender yox başqa təlimlər Ermənistan MN Pentaqonun bəyanatlarına reaksiya verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ