Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2023 18:14
Rusiya prezidenti Vladimir Putinin qalib gəlmək bacarığı var.
Sonxeber.net TASS-a istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının təqaüddə olan zabiti və BMT-nin İraqın kütləvi qırğın silahlarının ləğvi üzrə keçmiş müfəttişi Skott Ritter bu fikri cümə axşamı "Judging Freedom" podkastının aparıcısı Endryu Napolitanoya müsahibəsində Ukraynadakı münaqişə ətrafında vəziyyət kontekstində bildirib.
"Putin qələbə ustasıdır. Bəzən qalib gəlmək üçün səbr, eləcə də tələyə düşməmək və tələsik hərəkətlər etməmək bacarığı lazımdır. Çoxları başa düşmür ki, Rusiya təqvim üçün yox nəticə üçün işləyir".
Ritter, Rusiya hərbçilərinin Suriya ərazilərinin terrorçu qruplardan azad edilməsi üzrə tapşırıqlarını necə uğurla yerinə yetirdiyinə işarə edib. "Onlar hər şeyi təmizlədilər və onları [terrorçuları] şimala itələdilər. Qələbə buna deyilir", - o deyib.
Keçmiş BMT müfəttişi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirərkən guya passiv davranması ilə bağlı açıqlamalara da etiraz edib. "Bircə dənə də olsun hərbi ekspert yoxdur ki, üstünlüyü Rusiyanın tərəfində olmadığını söyləsin və Ukraynanın bunu dəyişmək şansı yoxdur", - o, yekunlaşdırıb.
İrfan Vəliyev