Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Adım o siyahıda ola bilər, çünki...'' - Samir

''Adım o siyahıda ola bilər, çünki...'' - Samir

Tarix: 7 Aprel 2023 19:40

Müğənni Samir Piriyev "Səhər mərkəzi" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı ötən gün övlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təqdim etdiyi siyahıya münasibət bildirib.

"İçmə söhbətində mənim də adım o siyahıda ola bilər. Çünki "İnan" mahnımda belə bir söz var: "Ürəyim içmək istəyir, beyin dincəlmək istəyir. Səni yenə unutmağa, adam da ürək istəyir". Nəyi haradansa bağlayacaqsansa, bir yerdən açılacaq. Onun üçün gərək bütün onlayn platformaları bağlayasan. Bu da qeyri-mümükündür.

Sevinirəm ki, uşaqları məktəbdən götürüləndə dahi sənətkarlarımızın musiqilərini eşidirəm. Təbliğat məktəbdən başlayır. İnstaqramda çox aktiv deyiləm. O gün Flarmoniyadan paylaşımlar etdim, yazanlar oldu ki, bu nə mahnılardır" deyə, Samir qeyd edib.

O, aparıcının "Belə bir mahnı oxumusan və siyahıya düşüb, bu səni saxlayacaq?" sualına isə belə reaksiya verib:

"Mənə qadağa qoyulsa, əlbəttə bu məni saxlamayacaq. Çünki elə mahnılar oxuyuram ki, oradakı sözlərə diqqətlə yanaşıram. Bilirsiniz məqsəd var. Bu gün oxuduğum mahnılarda elə sözlər var ki, onların üstündə dururam, bəsitdən qaçıram.

Bununla mən də razıyam. Əslində o qanunu çıxardanların yanında duranlardan biri də mənəm. Mənim olsa belə düz edirsiniz. Müğənnilər də iki qurupa ayrılır. Savadlı olanlar: dövlət tədbirlərində iştira edirlər. Amma biri də var: onlar məşhurdurlar, amma o siyahıda olmayacaqlar, lakin tanınırlar".

Qeyd edək ki, ötən gün açıqlanan siyahıda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların adları yer alıb.

Milli.Az


Etiketlər:  Adım siyahıda bilər çünki Samir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ