Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tehran hansı əsasla Bakıya qarşı çağırış edir?

Tehran hansı əsasla Bakıya qarşı çağırış edir?

Tarix: 8 Aprel 2023 08:34

Hər hansı bir ölkənin başqa dövlətin adından danışmağa ixtiyarı yoxdur. Bu, protokol qaydalarına və dövlət ənənələrinə görə də belə qəbul olunur.

Milli.Az bildirir ki, bu sözləri axar.az-a tanınmış ilahiyyatçı Elşad Miri İran parlamentinin Azərbaycanla bağlı çıxardığı qərəzli sənədi şərh edərkən deyib.

O bildirib ki, İranın cəmi müsəlmanlar adından danışması qəbul edilən hal deyil:

"Heç bir dövlət, din kiməsə onun adından danışmaq anlamında təmsilçilik verməyib. Sadəcə, müəyyən dəstək ola bilər. Bu, müsbət qarşılanır. İranın belə addım atmasının əsası yoxdur. Azərbaycanın nəinki İsraldə, dünyanın ən ucqar nöqtəsində belə diplomatik nümayəndəlik açmasının tərəfdarıyam. Bizim orada elçimiz, diplomatik missiyamızı həyata keçirən hər hansı bir qurum olmalıdır. Bu gün sekulyar və dünyəvi dövlətiksə, bizim başqa yerlərdə, dinindən, məzhəbindən, siyasi mövqeyindən asılı olmayaraq, daimi təmsilçiliyimiz olmaldır".

İlahiyyatçı, həmçinin, Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktına da işarə edib:

"Yaxşı, İsraildə açmayaq. Bəs İranda necə oldu? İran dövləti mövcud olan səfirliyimizi niyə qorumadı? Orada Azərbaycan vətəndaşı şəhid olmadımı? Yaralananlar da bizim vətəndaşlar idi. Məsələyə bu aspektdən baxdıqda, İranın bu iddiaları əsassız görünür. Sadəcə, bu, məkirli məqsədlərini həyata keçirmək üçün atılan addımdır".

Qeyd edək ki, İran parlamenti İsraildə səfirlik açdığı üçün 210 səslə Azərbaycana qarşı bəyanat qəbul edib. Bəyanata əsasən, molla rejimi Azərbaycanın İsraildə səfirlik açılmasını "məzlum Fələstinin fundamental hüquqlarının" pozulması kimi qələmə verib və bütün müsəlman ölkələrini, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatını bu addımı qınamağa çağırıb.

Milli.Az


Etiketlər:  Tehran hansı əsasla Bakıya qarşı çağırış edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ