Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İran parlamentinin qəbul etdiyi qərarın bizim üçün heç bir əhəmiyyəti yoxdur” - Politoloq

“İran parlamentinin qəbul etdiyi qərarın bizim üçün heç bir əhəmiyyəti yoxdur” - Politoloq

Tarix: 8 Aprel 2023 11:57

"İran fars molla rejimi Azərbaycan müstəqillik qazanandan sonra ölkəmizə özlərinin İranın İslam təriqətini yaymağa başladılar. Bunun üçün onlar həm dini camiənin imkanlarından həmdə din pərdəsi altında xüsusi xidmət orqanları Azərbaycana gəldilər. Müəyyən olunub ki, İran xüsusi xidmət orqanı uzun müddət Azərbaycanda din pərdəsi adı altında fəaliyyət göstərib və çoxlu pullar xərcləyiblər. Bizim din camiəmizin müəyyən qismini zəhərlədilər. Onlar Azərbaycanın İranın bir parçası olmasını istəyirdilər. Onlar buna nail ola bilmədilər. Azərbaycan sivil, dünyəvi, demokratik ölkədir".

Milli.Az xəbər verir ki, bu sözləri "Yeni Gundem"ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.

O vurğulayıb ki, İran öz ölkəsində 30 illik Erməni işğalı zamanı terrorçuların evlərimizi söküb satılmasına göz yumdular.

"İran daim ermənilərə dəstək verərək, Ermənistanla qardaş olub. İkinci Qarabağ müharibəsində fars şovinizimi düşmənə hərtərəfli köməyini əsirgəmədi. Təsadüfi deyil ki, Ermənistanın ilk prezidenti öz xatirələrində yazır ki, İran İslam Respublikası olmasaydı biz məhv olardıq. Bu onu göstərir ki, fars molla rejimi daim bizim düşmənimiz olub.

Zəfər qələbəmizi həzm edə biləməyən Tehran açıq müstəvidə Azərbaycana qarşı diplomatiya savaşı elan edir. Molla rejimi Zəngəzur dəhlizinin açılmasını özünün qırmızı xətti elan etdi. Bizim sərhədimizdə hərbi təlimlər keçirməklə bizə güc nümayişi etdi. Müstəqil Azərbaycan dövlətinin güclü ordusu və lideri var. Biz bunlardan çəkinmirik. Azərbaycan İrana qarşılıqlı olaraq cavab verir. Tehranda səfirliyimizə terror hücumunun edilməsi , terrorçuların cəzasına mane olmaları onu göstərir ki, İran Azərbaycana qarşı cihad elan edib. Bütün bunları görərək keçən ayın sonunda dost İsrail dövlətində səfirliyimizi açdıq. Azərbaycanın ilk müstəqil ölkə olduğunu tanıyan ilk ölkələrdən biridə İsraildir. Biz İrana görə İsraildə 30 ildən sonra səfirliyimizi açdıq. Halbuki, 30 ilə yaxın dövr ərzində həm qonşuluq ,həmdə xoş dini münasibətlərə görə İsraildə səfirliyimizi açmırdıq. Bu da fars molla rejiminə çox böyük qıcıq verir. İran parlamentinin qəbul etdiyi qərarın bizim üçün heç bir əhəmiyyəti yoxdur. İran səfirliyinin 4 əməkdaşına ölkəni tərk etmək 48 saat vaxtın verilməsi də çox lazımlı qərar idi. Onlar İran xüsusi xidmət orqanlarına bağlı şəxslərdir. Yaxın zamanlarda fars molla rejiminin hazır ki, siyasəti davam edərsə İranın daxilində siyasi çeviriliş, hazırki hakimiyyətin gedişi ilə nəticələnəcək. İran Azərbaycana qarşı siyasətini dəyişməlidir", - deyə o qeyd edib.

Milli.Az


Etiketlər:  İran parlamentinin qəbul etdiyi qərarın bizim üçün heç bir əhəmiyyəti yoxdur Politoloq


RƏYLƏR