Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2023 16:12
İngiltərənin Norviç şəhərində dünyanın ən yaşlısı elan edilərək Ginnesin Rekordlar Kitabına düşə biləcək 31 yaşlı Rozi adlı pişik tapılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Pişiyin sahibi 72 yaşlı Lila Brisset 1991-ci ildə onu bala ikən saxlamağa başlayıb. Yaşlı olmasına baxmayaraq, ev heyvanının bütün dişləri yerindədir. O, uzun ömründə cəmi iki dəfə baytar həkimə müraciət edib: 1990-cı illərdə sterilizasiyaya və 2018-ci ildə kistaya görə.
Rozinin iyunda 32 yaşı tamam olacaq. O, 2022-ci ildə Ginnesin Rekordlar Kitabı tərəfindən ən yaşlı pişik kimi tanınan Flossidən beş yaş böyükdür.
Brissettin dediyinə görə, Rozi bütün günü pəncərənin yanında yatır.
"Mən tez-tez onun sağ olub-olmadığını və nəfəs aldığını yoxlamalı oluram. Onun ölümü həyatımda böyük bir boşluq buraxacaq", deyə heyvanın sahibəsi qeyd edib.