Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Depressiyadan əziyyət çəkən yeniyetmələr üçün xüsusi oyun hazırlandı

Depressiyadan əziyyət çəkən yeniyetmələr üçün xüsusi oyun hazırlandı

Tarix: 9 Aprel 2023 10:24

ABŞ-nin Şimal-Şərq Universitetinin tədqiqatçıları zehni meditasiyasının yeniyetmələrə depressiya və həyəcan əlamətlərini aradan qaldırmağa kömək edə biləcəyini müəyyən ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tədqiqatda 17-19 yaşlı doqquz yeniyetmə iştirak edib. Onların 40%-i il ərzində ən azı iki həftə kədərlənərək adi fəaliyyətləri ilə məşğul ola bilmədiklərini qeyd ediblər.

Belə vəziyyətlərdən çıxış yolu kimi yeniyetmələrə zehni meditasiya öyrədilib. Prosesi daha əyləncəli etmək üçün tədqiqatçılar onu kompüter oyununa çeviriblər.

İştirakçı meditasiyanı düzgün yerinə yetirdikdə ekrandakı top yuxarıya doğru hərəkət edir, səhv olduqda isə yerə düşür.

Funksional MRT-dən istifadə edərək alimlər iştirakçıların beyinlərindəki dəyişiklikləri qiymətləndiriblər. Məlum olub ki, meditasiya beyindəki hədəf və diqqət ilə əlaqəli hissələri daha çox aktivləşdirir.

Milli.Az


Etiketlər:  Depressiyadan əziyyət çəkən yeniyetmələr üçün xüsusi oyun hazırlandı


RƏYLƏR