Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ac rotveyleri yedirtmək istəyən qadın faciəvi şəkildə ölüb - FOTO

Ac rotveyleri yedirtmək istəyən qadın faciəvi şəkildə ölüb - FOTO

Tarix: 9 Aprel 2023 19:02

İtaliyanın Ventimilya şəhərində 53 yaşlı qadın rotveyler cinsli itin hücumu nəticəsində faciəvi şəkildə həyatını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Patrisia La Marka adlı qadının məqsədi günlərlə ac qalan iti yedirtmək olub.

Lakin ac heyvan qadına hücum edərək onu parçalayıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, rotveyler cinsli it onun qardaşına məxsus olub.

Kişi həyat yoldaşı ilə bir neçə günlük tətilə gedib. Qadın məqsədi isə baxımsızlıq nəticəsində ac qalan iti yedirtmək olub.

Hadisə yerinə gələn polislər atəş açaraq iti yaralayıblar və yalnız bundan sonra qadının cansız cəsədinə yaxınlaşmaq mümkün olub.

Milli.Az


Etiketlər:  rotveyleri yedirtmək istəyən qadın faciəvi şəkildə ölüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ