Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2023 22:10
Ruslar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan əvvəl açıq-aşkar panikaya düşür və buna hazırlaşmağa çalışırlar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki Aleksey Dmitraşkovski deyib.
Polkovnik rusların xüsusilə cəbhənin iki istiqamətində təşvişə düşdüyünü qeyd edib:
"Əks-hücum həqiqətən də Rusiya silahlı qüvvələrinin sıralarında belə çox güclü çaxnaşma yaratdı. Düşmən panikaya düşdü və bu, təkcə Donetsk istiqamətində deyil, Zaporojyedə də nəzərə çarpır".
O qeyd edib ki, ruslar zəbt etdikləri əraziləri aktiv şəkildə minalamağa başlayıblar.