Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mask “Twitter”in adını dəyişdi - FOTO

Mask “Twitter”in adını dəyişdi - FOTO

Tarix: 11 Aprel 2023 09:30

İlon Mask növbəti addımı ilə yenidən səs-küyə səbəb olub.

O, "Twitter"in San-Fransiskodakı baş ofis binasının lövhəsində "W" hərfini silərək sosial şəbəkənin adını dəyişib. Bununla da, "Twitter" artıq "Titter" kimi oxunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, milyarderin bu zarafatı birmənalı qarşılanmayıb. Bir çoxları bunun uşaq hərəkəti olduğunu yazıblar.

Lakin Mask bununla da kifayətlənməyib. "Twitter"in sahibi sosial şəbəkə hesabındakı adını dəyişərək "Harry Bolz" qoyub. O, niyə bu addımı atdığını izah etməyib.

Milli.Az


Etiketlər:  Mask Twitterin adını dəyişdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ