Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tankçılarımız şərti düşmən hədəflərini belə məhv etdilər - VİDEO

Tankçılarımız şərti düşmən hədəflərini belə məhv etdilər - VİDEO

Tarix: 12 Aprel 2023 12:57

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Milli.Az


Etiketlər:  Tankçılarımız şərti düşmən hədəflərini belə məhv etdilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ