Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Elə bilirdim ki, reklam fasiləsidir, sən demə efirdə danışır"

Tarix: 12 Aprel 2023 20:25

"Teatrımızın keçmiş rəhbəri Akif müəllim çox ziyalı bir şəxsiyyətdir. O işinin peşəkarıdır. Başqa bir sahədə dövlətimizin göstərişi ilə işini davam etdirir. Teatrımıza təyin olunan xalq artisti Yusif Eyvazov da hədsiz dərəcədə alicənab, işini bilən, intelektual və əsl mədəniyyətə layiq bir şəxsdir. Onunla bir neçə dəfə görüşlərimiz də olub. Opera və Balet teatrında çox böyük irəliləyişlər gözlənilir. Dünən bizə bəzi planları açıqladı. Bu birbaşa operamızın dünyaya çıxışı deməkdir. İnanıram ki, hər şey daha da yaxşı olacaq".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist İlkin Əhmədov deyib. Tanınmış xanəndə bu gün Space kanalında aparıcı Rövşanə Ağasəfqızının onun ünvanına işlətdiyi sözlərə münasibətini də bildirib.

"Ona heç kim ixtiyar verməyib ki, canlı efirdə elə sözlər danışsın. Olar elə danışmaq? Gecikməyim normal haldır, bu dəqiqə ölkəmizdə beynəlxalq yarışlara, forumlara hazırlıq gedir. Buna görə də bəzi yollarda sıxlıq olur. Bilərəkdən niyə gecikim ki? 20-25 dəqiqə gecikməyimi, qloballaşdırıb, efirdən, ona verilən səlahiyyətdən istifadə edib danışmağa heç kimin ixtiyarı yoxdur. Ona kim ixtiyar verib ki, mənim adımdan danışsın və desin ki, "İlkin xalqa hörmətsizlik edib". Bu ixtiyarı ona kim verib? Televiziyanın rəhbəri Vado Korovin yaxşı, mədəni insandır. Heç kim başından böyük danışa bilməz. Bu danışığına görə onunla başqa cür də danışa bilərəm, amma xanımdır. O danışanda elə bilirdim ki, reklam fasiləsidir. Sən demə bütün bunları efirdə danışır. Ümumiyyətlə televiziyalardan bu tipli insanları xaric etsinlər. Qalmaqal, olay yaradan, cılız mahnılar oxuyan müğənniləri efirlərə qoymasınlar. Bu mənim əlimdə olan məsələ deyil. Məsul şəxslər özləri ölçü götürməlidirlər. Efirlərdə bu cür nöqsanlara yol vermək olmaz. Efirləri izləməyə sözün düzü vaxtım olmur. Heç sosial şəbəkələrdən də istifadə etmirəm. Həm Beynəlxalq Muğam Mərkəzində, həm Opera və Balet teatrında, həm də ki, pedaqoji fəaliyyətlə məşğulam. Qalmaqalları, olayları izləməyə vaxtım olmur. O qədər efirlər olub ki, gecikmişəm, hörmətlə də qarşılayıblar. Hətta yarım saat da gecikmişəm, efirdə tamaşaçıdan üzr istəyib, mahnılarımı səsləndirməyə başlamışam" deyə xanəndə bildirib.

İlkin Əhmədov doğma yurdu Cəbrayıldan da danışıb.

"1-ci Qarabağ müharibəsində rayonumuzu bombalayan vaxtı dayım şəhid oldu, atam yaralandı. Atam ölümlə üz-üzə qalmışdı. Bir gün də qardaşım yaralanmışdı. 2-ci Qarabağ müharibəsində ilk mənim doğma yurdum Cəbrayıl işğaldan azad olunmuşdu. Bu gün qalib xalq kimi dünyaya səs salmışıq. Atamın tikdirdiyi hovuz və su quyusu hələ də həyətimizdə qalmaqdadır. İcazə olandan-olana ana vətənim Cəbrayıla gedirəm. Boş-boş gedib oralarda gəzməyə ehtiyac yoxdur. Çünki böyük təhlükə var, mina ola bilər. Hətta Cəbrayılda gedib bir veriliş də çəkmişdik. Təbii ki, bələdçilərin və polisin müşayiəti ilə getmişdik" deyə İlkin Əhmədov bildirib.

Milli.Az


Etiketlər:  Elə bilirdim ki reklam fasiləsidir sən demə efirdə danışır


RƏYLƏR