Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 18:00
Aprelin 12-də ilk insanın kosmosa uçuşunun ildönümü münasibətilə Anapa çimərliyində Yuri Qaqarinin portreti yaradılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisənin 62-ci ildönümündə çimərlikdəki qum üzərində peyda olan təsvirlər 30x30 metr ölçüsündə yerli rəssam Leonid Valitov tərəfindən hazırlanıb. Bunun üçün ona beş saatdan çox vaxt lazım olub.
Qeyd edək ki, 1961-ci il aprelin 12-də sovet kosmonavtı Qaqarin kosmosa uçan ilk insan olub. Rusiya hər il bu gün Kosmonavtika Günü kimi qeyd edir.