Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Açıq havada 2 saat bu hərəkətləri mütləq edin - Mütəxəssis məsləhəti

Açıq havada 2 saat bu hərəkətləri mütləq edin - Mütəxəssis məsləhəti

Tarix: 13 Aprel 2023 21:24

Mütəxəssislər açıq havada ən azı, 2 saat gəzməyi, idmanla məşğul olmağı məsləhət görür. Fiziki aktivlik ürək-damar problemləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin profilaktikası və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir.

Bədəndə skelet əzələlərinin enerji sərfini tələb edən hər hansı bir hərəkət fiziki aktivlik hesab edilir. Fiziki aktivlik dedikdə təkcə qaçış və ya sürətlə qaçış, velosiped sürmək, aerobika və digər idman məşqləri deyil, eyni zamanda gündəlik fəaliyyət, sürətli gəzinti, pilləkənlərlə qalxmaq, enmək, ev işlərinin görülməsi, rəqs etmək və digər aktiv əyləncələr nəzərdə tutulur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fiziki aktivlik əzələləri, xüsusilə sümükləri, ürək və tənəffüs sistemi əzələlərini möhkəmləndirir, ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır, yüksək qan təzyiqi (hipertoniya), ürəyin işemik xəstəlikləri, beyin insultu, şəkərli diabet, süd vəzi və yoğun bağırsaq xərçəngi, depressiyanın yaranma riskini azaldır, enerji mübadiləsini və normal bədən çəkisini saxlamağa kömək edir. 

Milli.Az


Etiketlər:  Açıq havada 2 saat bu hərəkətləri mütləq edin Mütəxəssis məsləhəti


RƏYLƏR