Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 22:30
Britaniyalı məşhur modelyer Meri Kuant vəfat edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında İngiltərənin Surrey qraflığındakı evində 93 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Kuant qısa ətəyin yaradıcısı kimi tanınırdı. Modelyer 2015-ci ildə Britaniya modasına göstərdiyi xidmətlərə görə "Dame" mükafatını qazanıb.