Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ən peşəkar birliyini burada cəmləşdirib - Malyar

Rusiya ən peşəkar birliyini burada cəmləşdirib - Malyar

Tarix: 14 Aprel 2023 07:14

Baxmutda rus qoşunları gün ərzində 50-yə qədər hücum təşkil edir, vəziyyət çətin, lakin nəzarət altındadır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

"Ancaq düşmən ən çox hücumları Baxmut istiqamətində edir. Rusiya ən peşəkar birləşmələrini orada cəmləyib, xeyli artilleriya və aviasiyadan istifadə edir. Düşmən hər gün Baxmutda 40-50 hücum və 500-dən çox atəş həyata keçirir", - Malyar bildirib.

Qeyd edək ki, Rusiya qoşunları 4 istiqamətdə - Liman, Baxmut, Avdeyev və Marinka istiqamətində hücumlarını davam etdirir.

Milli.Az


Etiketlər:  Rusiya peşəkar birliyini burada cəmləşdirib Malyar


RƏYLƏR