Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2023 08:08
Cümə günü Ədən və Səna şəhərlərində başa çatan üç günlük mübadilə əməliyyatının birinci mərhələsində Yəməndə münaqişə tərəflərinin əsir götürdükləri 300-dən çox insan dəyişdirilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Bildirilib ki, hökumətlə "Ənsar Allah" (Husi) hərəkatı arasında əsir mübadiləsinin birinci mərhələsində münaqişə tərəfləri 319 nəfəri dəyişdiriblər. Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndəsi bildirib ki, mübadilə prosesi plana uyğun gedir və hələlik heç bir maneə yoxdur.
Qeyd edək ki, cümə günü səhər Yəməndə Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında keçirilən məhbus mübadiləsi prosesi başlayıb. BMT-nin məlumatına görə, yaxın üç gündə tərəflər 887 nəfəri təhvil verəcəklər: husilər 181 məhbusu, hökumət isə 706 husini azad edəcək. "Ənsar Allah" tərəfindən azad edilənlər arasında Sudan və Səudiyyə Ərəbistanı vətəndaşları da var. Sənadan Ədənə uçan ilk qrupa Yəmənin keçmiş prezidenti Abd Rabbo Mansur Hadinin qardaşı, briqada generalı Nasser Mansur Hadi və Yəmənin keçmiş müdafiə naziri general-mayor Mahmud əl-Subeihi də daxildir.
Hər iki tərəfdən təxminən 350 nəfərin isə şənbə günü təhvil veriləcəyi gözlənilir. Bundan əvvəl "Ənsar Allah" tərəfindən 1400-ə yaxın hökumət tərəfdarının əsir götürüldüyü bildirilmişdi.