Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kəpəz” Qərb derbisində “Turan Tovuz”u məğlub etdi - YENİLƏNİB

“Kəpəz” Qərb derbisində “Turan Tovuz”u məğlub etdi - YENİLƏNİB

Tarix: 15 Aprel 2023 19:34

19:31

Azərbaycan Premyer Liqasında XXX tur davam edir.

Milli.Az "Report"a istiandən xəbər verir ki, bu gün turun bir oyunu keçilib.

Günün yeganə matçında bölgə təmsilçiləri "Kəpəz"lə "Turan Tovuz" üz-üzə gəliblər. Gəncə şəhər stadionunun ot örtüyü yararsız vəziyyətdə olduğu üçün rəqibini Qəbələdə qəbul edən Tərlan Əhmədovun kollektivi erkən qolla hesabı açıb. Nigeriyalı hücumçu Abdullahi Şuaybu qapıçı ilə təkbətək dueldən qalib ayrılıb.

Bu azmış kimi, fasilə ərəfəsində tovuzlular meydanda azlıqda qalıblar. Gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidze 38-ci dəqiqədə topa əllə müdaxilə edərək hücumun qarşısını kəsdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdləri nəticə verməyib və "Kəpəz" Qərb derbisində rəqibini 1:0 hesabı ilə məğlub edib.

Qalibiyyət sayəsində turnir cədvəlinin yeddinci pilləsində qərarlaşan "Kəpəz" xallarının sayını 28-ə çatdırıb. Altıncı sıradakı "Turan Tovuz" gəncəliləri cəmi 1 xal qabaqlayır.

Qeyd edək ki, turun ilk günündə "Zirə" "Səbail"ə evdə 3:1, "Qəbələ" "Neftçi"yə səfərdə 2:1 hesabı ilə qalib gəlib. Aprelin 16-da "Şamaxı" "Sumqayıt"ı, "Sabah" isə "Qarabağ"ı qəbul edəcək.

----------

08:59

Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün daha 1 matç keçiriləcək. Qərb derbisində "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyəti ölkə çempionatının görüşlərini qəbul etmək üçün yararlı olmadığı üçün sözügedə oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, 30-cu tura sabah oynanılacaq 2 matçla yekun vurulacaq.

15 aprel (şənbə)

16:00. "Kəpəz" - "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

16 aprel (bazar)

16:00. "Şamaxı" - "Sumqayıt"
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Şamaxı şəhər stadionu

19:00. "Sabah" - "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
"Bank Respublika Arena".

14 aprel (cümə)

"Neftçi" - "Qəbələ" - 1:2 

"Zirə" - "Səbail" - 3:1
 

N Klublar O Q H M T-F X
1 Qarabağ 29 24 5 0 74-16 77
2 Sabah 29 20 5 4 63-22 65
3 Neftçi 30 18 6 6 55-27 60
4 Qəbələ 30 11 9 10 38-37 42
5 Zirə 30 11 8 11 35-40 41
6 Turan Tovuz 29 7 8 14 24-39 29
7 Kəpəz 29 5 10 14 29-52 25
8 Sumqayıt 29 6 6 17 20-56 24
9 Şamaxı 29 4 9 16 24-45 21
10 Səbail 30 5 6 19 23-51 21

Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Ramil Şeydayev ("Qarabağ") - 17 qol
Coy Lens Mikels ("Sabah") - 15 qol
Emin Mahmudov ("Neftçi") - 15 qol

Milli.Az


Etiketlər:  Kəpəz Qərb derbisində Turan Tovuzu məğlub etdi YENİLƏNİB


RƏYLƏR