Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

QHT-lər beynəlxalq ictimaiyyətə müraciət ünvanladı

QHT-lər beynəlxalq ictimaiyyətə müraciət ünvanladı

Tarix: 15 Aprel 2023 15:20

İdman sahəsindəki Azərbaycan QHT-ləri Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Biz - idman sahəsində fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət təşkilatları olaraq Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı baş vermiş xoşagəlməz hadisəyə beynəlxalq idman ictimaiyyətinin diqqətini cəlb etmək məcburiyyətindəyik. Tədbirin təşkilatçılarından biri Azərbaycan bayrağını yandırıb.

Biz həyatımızı bərabərlik, inklüzivlik və qarşılıqlı hörmətə xüsusi diqqət yetirməklə idmanın ümumbəşəri dəyərlərinin təşviq olunmasına həsr etmişik. İstənilən idman yarışında qalib gəlmək mühüm məsələdir, lakin vacib olan təkcə bu, deyil.

Biz narahatlığımızı və qəzəbimizi ifadə etmək üçün söz tapa bilmirik. Burada söhbət təkcə hər bir xalq üçün ən müqəddəs olan Dövlət Bayrağından deyil, bütövlükdə idmanın fundamental dəyərlərinə hörmətsizlikdən gedir.

Bu həftə İrəvana səfər edən idmançılarımız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 il ərzində işğal altında saxlayan ölkənin paytaxtına getdiklərini yaxşı bilirdilər. Buna baxmayaraq, Azərbaycan Ermənistanda keçiriləcək çempionatda iştirak etmək qərarına gəldi, çünki biz inanırdıq ki, idmanın əsl ruhu ölkələrimiz arasında gərgin münasibətlərin girovuna çevrilməməlidir. Yarış iştirakçılarının təhlükəsizliyinə zəmanət verən təşkilatçıların çoxsaylı bəyanatları da bizi ruhlandırmışdı.

Turnirdə normal şəraitin təmin edilməsinə məsul olan şəxsin bayrağı təhqir edən barbar hərəkəti iyrənclikdən başqa bir şey deyil. Azərbaycanın sülhü bərqərar etməyə çalışdığı bir vaxtda Ermənistanda müəyyən dairələr sülh üçün şans verməməkdə qərarlıdırlar.

Sizi idmanı öz nifrət mesajlarını çatdırmaq üçün alətə çevirmək istəyənlərə qarşı bizimlə həmrəy olmağa çağırırıq".


Etiketlər:  lər beynəlxalq ictimaiyyətə müraciət ünvanladı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ