Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ermənistan xarici tədbirlərin təhlükəsiz təşkilini təmin edə bilməz” - Beynəlxalq ekspert

“Ermənistan xarici tədbirlərin təhlükəsiz təşkilini təmin edə bilməz” - Beynəlxalq ekspert

Tarix: 15 Aprel 2023 23:15

"Ermənistan İrəvanda keçirilən beynləxalq yarışda Azərbaycan bayrağının yandırılması hadisəsindən sonra beynəlxalq tədbirlərin təhlükəsiz keçirilməsini təmin edə bilməz".

Milli.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Yaxın Şərq, Mərkəzi Asiya, Azərbaycan və Afrika üzrə ekspert Kayzer Nəvab deyib.

O, bu yaxınlarda İrəvanda keçirilən Avropa çempionatında Azərbaycan bayrağının yandırılması aktını pisləyib.

"Ölkənin milli rəmzlərinə belə hörmətsizlik edilməsi yolverilməzdir və ədalətli oyun və idman ruhuna ziddir. Yadda saxlamaq lazımdır ki, idman siyasi və ya münaqişəli məsələlərin müzakirəsi platforması kimi istifadə edilməməlidir", - ekspert əlavə edib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu hadisəyə diqqət yetirməli, idmançılara və ya milli simvollara qarşı istənilən zorakılıq və ya aqressiyaya qarşı çıxmalıdır.

"Bu hadisə xalqlar arasında sülh və harmoniyanın zəruriliyini vurğulayır... İdman xalqlar arasında hörmət və anlaşmanı təşviq etmək üçün bir vasitə ola bilər", - beynəlxalq ekspert vurğulayıb.

Bundan əlavə, Nəvab Ermənistanın nadir hallarda beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə diqqət çəkib. O, qeyd edib ki, milli və etnik mənsubiyyətindən asılı olmayaraq bütün iştirakçıların və tamaşaçıların təhlükəsizliyini və rifahını təmin etmək ev sahibi ölkələr üçün son dərəcə vacibdir.

Milli.Az


Etiketlər:  Ermənistan xarici tədbirlərin təhlükəsiz təşkilini təmin edə bilməz Beynəlxalq ekspert


RƏYLƏR