Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanovun oğlunun dəyəri açıqlandı - Fantastik məbləğ

Qurban Qurbanovun oğlunun dəyəri açıqlandı - Fantastik məbləğ

Tarix: 16 Aprel 2023 19:18

İtaliyanın "sportcafe24.com" saytında "Qarabağ"ın futbolçusu Musa Qurbanlının "Torino" klubuna mümkün keçidi haqda xəbər tirajlanıb.

Milli.Az sportinfo.az-a istinadla xəbər verir ki, 21 yaşı tamam olan hücumçunun İtaliya klubuna keçid ehtimalı 25 faiz olaraq göstərilib.

Bundan başqa, Qurbanlının dəyərinin təxminən 5 milyon avro olduğu da vurğulanıb.

Musa Qurbanlı bu mövsüm Azərbaycan Premyer Liqasında 20 qolla bombardirdir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Milli.Az


Etiketlər:  Qurban Qurbanovun oğlunun dəyəri açıqlandı Fantastik məbləğ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ