Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2023 16:56
Suriyanın şimalında yerləşən "Zeytin Dalı" və "Fırat Kalkanı" bölgələrində PKK terror təşkilatının bütün hədəfləri Mehmetçik tərəfindən atəşə tutulub və terror təşkilatının 10 üzvü zərərsizləşdirilib.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.
O qeyd edib ki, anti-terror əməliyyatı nəticəsində dörd Mehmetçik yaralanıb.
Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.