Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Tarix: 17 Aprel 2023 22:24

Sabah Ramazan ayının 27-ci günüdür. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 04:27-də, iftar vaxtı isə 19:37-dədir. 

İmsak duası:

"Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!" 

Tərcüməsi:

"İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!" 

İftar duası: 

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!" 

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!" 

Allah orucunuzu qəbul eləsin!

Milli.Az


Etiketlər:  Ramazanın 27 ci gününün duası İmsak iftar vaxtı


RƏYLƏR