Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkim yaddaşı və diqqəti yaxşılaşdırmağın sirrini açdı

Həkim yaddaşı və diqqəti yaxşılaşdırmağın sirrini açdı

Tarix: 17 Aprel 2023 22:33

Tərkibində çoxlu doymamış yağ turşuları və zülal olan qidalar yaddaşı, konsentrasiyanı və ümumilikdə beyin funksiyasını yaxşılaşdırmağa kömək edəcək,.

Milli.Az xəbər verir ki, bu barədə Andreyevski Xəstəxanaları-Nebolit Tibb Mərkəzinin nevroloqu, qocalma əleyhinə tibb üzrə mütəxəssis Yelena Miroşnik Ura.ru-ya danışıb. Həkim bildirib ki, idrak funksiyaları gücləndirmək üçün şəkərə ehtiyac yoxdur.

"Deyərdim ki, bu, çox böyük bir yanlış fikirdir və ya beynin karbohidratlara, şəkərə, şirniyyata ehtiyacı olduğuna dair miflərdən biridir. Bəli, əlbəttə ki, beyin qlükoza qəbul edir, lakin karbohidratları parçalayaraq, daha az enerji molekulu istehsal edir. Yəni beynin yağa ehtiyacı var - o zaman yağlardan daha çox enerji hasil edilir və beyin öz fəaliyyətini daha uzun müddət saxlayır", - mütəxəssis izah edib.

Lakin mal əti, quzu, dana və hinduşka kimi qidalar beyin fəaliyyətini lazımi səviyyədə aktivləşdirməyə və saxlamağa kömək edəcək. Həmçinin həkimin sözlərinə görə, idrak funksiyasını yaxşılaşdırmaq üçün tərkibində Omeqa-3 turşuları olan yağlı balıq, qoz-fındıq, kətan toxumu uyğun gəlir. Həkim pəhrizə zeytun və ya kokos yağı əlavə etməyi məsləhət görüb. Günəbaxandan istifadəni minimuma endirmək daha yaxşıdır, çünki onun artıqlığı immunitetin iltihabına səbəb ola bilər. (publika.az)

Milli.Az


Etiketlər:  Həkim yaddaşı diqqəti yaxşılaşdırmağın sirrini açdı


RƏYLƏR