Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2023 16:54
2023-cü ildə Türkiyənin DSİ GN. MD. şirkəti enerji sahəsi üzrə ölkədə 13 layihə həyata keçirəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 2,1 milyard lirədir.
"Bu il üçün nəzərdə tutulan layihələrin hamısı şirkət hesabına həyata keçiriləcək." - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2023-cü ildə Türkiyədə energetika sahəsində 150 layihə həyata keçiriləcək.
Nazirlikdən qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri, 44,6 milyard lirədir.
Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 8,1 milyard lirədir.
Qeyd olunub ki, keçən il Türkiyədə energetika layihələrinə ümimilikdə 297,1 milyard lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 76,8 milayrd lirə xarici kreditdir.