Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2023 14:46
Rusiya Silahlı Qüvvələri İrandan yeni partiya "Shaheed" dronları alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin "Cənub" Birləşmiş Komandanlığının sözçüsü Natalya Qumenyuk bildirib.
Qumenyukun dediyinə əsasən, bir gün əvvəl Odessaya hücum edən dron-kamikadzelər Rusiya ordusunun qəbul etdiyi yeni partiyaya aiddir, çünki onların üzərində yeni istehsal tarixləri aşkar edilib.
Həmçinin qeyd olunub ki, Rusiya ordusunun dronlardan istifadə etməkdə əsas məqsədi təkcə insanların psixoloji vəziyyətinə təsir göstərmək deyil, həm də hava hücumundan müdafiə (HHM) sistemləri və vacib infrastrukturun axtarışıdır.