Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sənətkar həyatı budur, dünən səhnədə, bu gün isə..."

Tarix: 21 Aprel 2023 14:25

"Bu gün və sabah Akademik Milli Dram teatrında çox sevilən "Xurşudbanu Natəvan" tamaşası sizlər, teatr sevənlər üçündür. Tamaşanın quruluşcu rejisoru hər zaman qəlblərdə yaşayacaq böyük sənətkar Xalq artisti, Şərəf və Şöhrət ordenli rejisorumuz Azər Paşa Nemətovdur. Allah sizə rəhmət eləsin".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb. Aktrisa "Xurşudbanu Natəvan" tamaşasının növbəti nümayişinin mərhum Xalq artisti, teatrın direktoru Azər Paşa Nemətovun xatirəsinə həsr olunacağını bildirib:

"Sənətkar həyatı budur: dünən səhnədə idi, bu gün isə imza qoyduğu tamaşalarla qəlblərdədir. Sizin alqışınıza, oyunum haqqında söylədiyiniz gözəl sözlərə ehtiyacım olacaq. Aprelin 23-də də "Mənim günahım" tamaşası ilə səhnədə olacağam, Allah izin verərsə. Azər müəllim, demişdiniz sən səhnədə ol. Onsuz da həyatımı, ömrümü səhnəyə, sənətimə həsr etmişəm. Həyat, sən nə qəribəsən".

Milli.Az


Etiketlər:  Sənətkar həyatı budur dünən səhnədə bu gün isə


RƏYLƏR