Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Latviya bütün “Stinger”ləri Ukraynaya verəcək

Latviya bütün “Stinger”ləri Ukraynaya verəcək

Tarix: 22 Aprel 2023 08:44

Latviya özündə qalan hava hücumundan müdafiə raketlərindən və onları buraxmaq üçün qurğulardan ibarət "Stinger" kompleksinin hamısını Ukraynaya verəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Latviyanın müdafiə naziri İnara Murnietse "Twitter" səhifəsində yazıb.

"Bu gün "Ramştayn"dakı görüşdə mən elan etdim ki, Latviya "Stinger"lərin son partiyasını Ukraynaya köçürmək qərarına gəlib. Biz həmçinin Latviyada ukraynalı əsgərlər üçün təlim proqramını davam etdiririk", - deyə Murnietse yazıb.

Latviya prezidenti Egils Levits bir müddət əvvəl bildirmişdi ki, NATO və Aİ ilk növbədə Ukraynaya lazım olan bütün silah sistemləri, o cümlədən döyüş təyyarələri ilə necə dəstək verəcəyini düşünməlidir.

Milli.Az


Etiketlər:  Latviya bütün Stingerləri Ukraynaya verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ