Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Liverpul" - Nottingem Forest" oyununda 5 qol vuruldu - FOTO

Tarix: 22 Aprel 2023 20:10

İngiltərə Premyer Liqasının 32-ci turunda "Liverpul" doğma meydanda "Nottingem Forest"i qəbul edib.

Milli.Az "report"a istinadən bildirir ki, "Enfild" stadionunda baş tutan qarşılaşmada ev sahibləri minimal hesabla qalib gəliblər.

Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi matçın birinci hissəsi qolsuz bərabərliklə başa çatıb. Oyunun ikinci hissəsində isə tərəflər 5 dəfə fərqlənə biliblər. Mersisaydlıların heyətində hücumçu Dioqo Jota dubl edib, daha bir qolu misirli Məhəmməd Salah vurub. "Nottingem"in qollarını Neko Vilyams və Morqan Gibbs-Vayt vurub. Beləliklə, oyun Yurgen Kloppun yetirmələrinin 3 xal qazanması ilə bitib.

Bu matçdan sonra "qırmızılar" Premyer Liqa cədvəlində 7-ci pilləyə yüksəlib (50 xal), "Nottingem" 18-ci pillədə qalıb (27 xal).

Milli.Az


Etiketlər:  Liverpul Nottingem Forest oyununda 5 qol vuruldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ