Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TAP Avropa iqtisadiyyatının proqressiv dekarbonizasiyasına böyük töhfə verəcək

TAP Avropa iqtisadiyyatının proqressiv dekarbonizasiyasına böyük töhfə verəcək

Tarix: 21 Oktyabr 2019 14:12

Bakı. Ləman Zeynalova - Trend:

Qaz Trans-Adriatik boru kəməri (TAP) kimi infrastuktur layihələri olan Avropada iqtisadiyyatın proqressiv dekarbonizasiyasına kömək edəcək.

Trend-in məlumatına görə, bunu TAP AG konsorsiumunun direktoru Luka Skyeppati deyib.

O bildirib ki, Avropada baş verən enerji keçidi qlobal nəticələr verəcək:

“Avropa ölkələrinin enerji və iqlim üzrə milli planı qazı enerji keçidi üçün zəruri yanacaq kimi nəzərdən keçirir”.

L.Skyeppati əlavə edib ki, ötən il dünyada enerjiyə olan tələbat 2,3 faiz artıb, eyni zamanda qaz tələbatı ən yüksək sürətlə artıb ki, bu da kömürün əvəz olunması ilə bağlıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avropa iqtisadiyyatının proqressiv dekarbonizasiyasına böyük töhfə verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ