Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçulara xidmət edən ofisianta 10 min “çaevoy” verildi

Futbolçulara xidmət edən ofisianta 10 min “çaevoy”  verildi

Tarix: 23 Aprel 2023 15:24

Almaniyanın Münhen şəhərindən olan 25 yaşlı Şantal adlı ofisiant İngiltərənin "Bernli" futbol klubunun qapıçısından 9900 avro "çaevoy" (pul hədiyyəsi) alıb. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, 24 yaşlı Ariyanet Anan Muriç "Bernli" İngiltərə Premyer Liqasına yüksəldikdən sonra komandası və dostları ilə Münhenə gəlib. O, "Filmcasino" gecə klubunda dincəlib, burada yoldaşları ilə birlikdə Şantal ona xidmət edib.

Muric dostları, komanda yoldaşları və əməkdaşları üçün 40 şüşə Dom Perignon şampan, 10 şüşə Armand de Brignac şampan və daha dörd şüşə Moet & Chandon Nectar köpüklü şərab sifariş edib. Hesab 35,8 min avrodan çox olub.

Əyləncədən sonra oyunçu Şantal üçün 9,9 min avro məbləğində "çaevoy" qoyub. Ofisiant pulu həmkarları arasında bölüşdürmək qərarına gəlib. 

Şantal öz payı ilə beş aylıq Fransız buldoq/pomeranian cinsləri qarışığı iti alıb və ona Rolex adını verib. Ofisiant xanımın dediyinə görə, Muriç çox xoş və mehriban qonaq olub. "O, yaxşı bir atmosfer yaratdı", - deyib.


Etiketlər:  Futbolçulara xidmət edən ofisianta çaevoy verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ