Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2023 22:21
Paşinyan Zəngəzur dəhlizinin açılmasını yubatdığına görə biz də Laçın yoluna girişi nəzarətə götürdük.
Sonxeber.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Paşinyan hökumətinin etirazı nəzərə alınmayacaq:
"Ermənistandakı radikallar və Qarabağ separatçıları Rusiyaya yalvaracaqlar ki, Kreml sərhəd-keçid məntəqəsinin yaradılmasının qarşısını alsın. Ancaq Ukrayna bataqlığı içərisində olan Kremlin erməni separatçılarına görə Azərbaycanla münasibətləri gərginləşdirəcəyini - bütün körpüləri yandıracağını zənn etmirəm. Fransa və ABŞ-ın ermənipərəst dairələri bir az haray-həşir salacaqlar, onların da çığırtısı mənasızdır. Məntiqimiz sadədir: Hər dövlətin sərhədi və sərhəd-keçid məntəqəsi olduğu kimi, Azərbaycanın da qonşu dövlətlərlə sərhəd-keçid məntəqələri yaratması suveren hüququdur. Vəssalam".