Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı “addım atdı”, Araik təcili hərəkətə keçdi - Nə baş verir? - VİDEO

Bakı “addım atdı”, Araik təcili hərəkətə keçdi - Nə baş verir? - VİDEO

Tarix: 24 Aprel 2023 14:52

"Azərbaycan tərəfi Laçın rayonu ərazisində Həkəri çayı üzərindəki körpünü bağlayıb".

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Qarabağdakı separatçılar məlumat yayıb.

Bildirilir ki, bundan sonra Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan oyuncaq "təhlükəsizlik şurasının iclasını" çağırıb. Bu saxta iclasda atılacaq addımların müzakirə ediləcəyi bildirilib.

Azərbaycan MN körpünün bağlanması iddiası haqda rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ötən gün Azərbaycan Ordusunun hərbçiləri Şuşa rayonu ərazisində minaya düşüb. 3 hərbçimizin yaralandığı insidentin araşdırılması zamanı bəlli olub ki, minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və 2020-ci il müharibəsindən sonra ermənilər tərəfindən Azərbaycan Ordusunun təchizat yoluna döşənib.

Həmçinin bir qədər əvvəl rus sülhməramlıların müşaiyəti ilə ermənilərin Azərbaycan ərazisinə hərbi təyinatlı yüklər daşıdığı da üzə çıxıb. Yüklərin Həkəri çayının üzərindəki körpüdən keçməklə daşınır.

Milli.Az


Etiketlər:  Bakı addım atdı Araik təcili hərəkətə keçdi baş verir VİDEO


RƏYLƏR