Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis reperin konsertinə basqın etdi

Polis reperin konsertinə basqın etdi

Tarix: 24 Aprel 2023 17:35

21 yaşlı reper Skalli Milanonun Sankt-Peterburqda keçirilən konserti başlamadan bitib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb ifaçının ilk mahnısından sonra polisin məkana girərək, gecəni dayandırması olub. Klubda keçirilən tədbirdə polis içəri girərək, işıqların yandırılmasını və hər kəsdən sənədlərini verməsini tələb edib.

Mash teleqram kanalının məlumatına görə, konsertə daxil olanlar Narkotiklərlə Mübarizə İdarəsinin rəsmiləri olub. Daha sonra ifaçı komandanın müşayiəti ilə maşına mindirilərək klubdan aparılıb. Onun nümayəndələri deyirlər ki, sənətçi sadəcə olaraq evə göndərilib.

Qeyd edək ki, ötən il 15 yaşlı yeniyetmə Skalli Milanonun şousu zamanı narkotik istifadə edərək toksikologiya şöbəsinə daxil olub. Bu dəfə konsertdə ölüm xəbəri də ortaya çıxıb və sonradan təkzib olunub.

Milli.Az


Etiketlər:  Polis reperin konsertinə basqın etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ