Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 19:10
Bu il ölkəmizi "Avroviziya" mahnı yarışmasında təmsil edəcək Tural və Turan Bağmanovlar yeni fotosessiya etdiriblər.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, dünyaya gəldikləri Zaqatalada kamera qarşısına keçən əkizlər şəkillərini sosial şəbəkədə paylaşaraq bunları yazıblar:
"Zaqatala - bizim qəlbimizdə həmişə xüsusi yer tutan sevimli və doğma şəhərimiz. Doğulduğumuz, böyüdüyümüz və ilk mahnımızın yazıldığı yerdir. Ailəmiz, dostlarımız və məktəbimiz bugünkü kimliyimizi formalaşdırdı. İnanmaq çətindir ki, Zaqatalada kiçik bir evdən olan iki oğlan tezliklə Liverpuldakı nəhəng Avroviziya səhnəsində çıxış edəcək. Bu səyahəti bizim üçün mümkün edən hər birinizə inanılmaz dərəcədə minnətdarıq".
Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq. Tural və Turan "Tell me more" mahnısı ilə birinci yarımfinalda çıxış edəcəklər.