Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bal yarmarkasında məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək

Bal yarmarkasında məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək

Tarix: 21 Oktyabr 2019 16:12

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bal yarmarkasında qaydaları pozan və məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək.

Trend-in məlumatına görə, bunu Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, yoxlamalardan keçdikdən sonra təşkilatçı ilə alıcı arasında müqavilə imzalanıb. Müqaviləyə riayət etməyən arıçılar növbəti yarmarkalara buraxılmayacaq.

Məhsulun açıq şəkildə satışı barədə danışan L.Məmmədova bildirib ki, bu, qadağan deyil:

"MDB və Avropa ölkələrində də alıcılar həcminə və dadına görə məhsulu seçib alırlar. Təşkilat tərəfindən arıçılara uniforma və əlcək verilib. Əlcəklərdən istifadə etməyən, qaydaları pozanlar barədə tədbir görülüb, xüsusi aktlaşdırılıb".

Qeyd edək ki, sentyabrın 28-dən oktyabrın 18-ə qədər Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada Daşkəsən, Oğuz, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  yarmarkasında məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ