Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda oynamış ulduz futbolçu: Siyasətə nifrət edirəm

Azərbaycanda oynamış ulduz futbolçu: Siyasətə nifrət edirəm

Tarix: 25 Aprel 2023 22:44

"Siyasətə nifrət edirəm".

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu "Səbail" klubunun sabiq futbolçusu Maykl Essyen "DW Sport"a açıqlamasında deyib.

Qanalı veteran futbolçu bildirib ki, heç vaxt siyasətə qoşulmayacaq: "Ofisdə iş görməkdənsə, biliklərimi meydanda gənc oyunçulara ötürməyə üstünlük verirəm. Onların yanında olmağı sevirəm. Futbolçularla danışır, onlara məsləhətlər verirəm. Ofisdə oturub telefonla danışmaq məni xoşbəxt etmir".

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək "Səbail"in formasını geyinib. O, "dənizçilər"in U-19 komandasına da başçılıq edib. Afrikalı keçmiş yarımmüdafiəçi paytaxt təmsilçisini tərk etdikdən sonra karyerasını bitirib. Afrikalı veteran futbolçu Fransanın "Lion", İngiltərənin "Çelsi", İspaniyanın "Real Madrid", İtaliyanın "Milan" və Yunanıstanın "Panatinaikos" komandalarının da şərəfini qoruyub.


Etiketlər:  Azərbaycanda oynamış ulduz futbolçu Siyasətə nifrət edirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ