Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2023 23:54
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreşlə telefonla danışıb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, görüşdə Rusiya-Ukrayna müharibəsi, Suriya və Sudandakı hadisələr müzakirə edilib.
Ərdoğan BMT-nin Suriyaya sərhədlərarası yardım mexanizminin iyul ayına kimi uzadılmasının böyük əhəmiyyət daşıdığını bildirib.
Türkiyə Prezidenti Sudanda münaqişənin hər iki tərəfi ilə dialoq qura bilən bir ölkə olaraq tərəfləri yenidən sülh danışıqlarına dəvət etmək və fikir ayrılıqlarını həll etmək üçün hər zaman əməkdaşlığa hazır olduqlarını bildirib.