Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aşıq Zülfiyyənin oğlu: “Şou əhli restoranımızda yeyib-içir, hesab ödəmir” - VİDEO

Aşıq Zülfiyyənin oğlu: “Şou əhli restoranımızda yeyib-içir, hesab ödəmir” - VİDEO

Tarix: 1 May 2023 12:40

Aşıq Zülfiyyə İbadovanın müğənni oğlu Babək həmkarları ilə bağlı qalmaqallı açıqlama verib. 

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, ifaçı anası ilə qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda bildirib ki, onların restoranına gələn şou əhli yemək yesələr də, hesabı ödəmirlər.  

"Bacardıqca restoranımızdan şou əhlinin əlindən qaçıram. Şou-biznesdən əksər insanlar var ki, anam Zülfiyyə xanıma özünü yaxın kimi göstərirlər, gəlib restoranımızda yeyib-içirlər, amma biri də olsun məkanımızı sosial şəbəkədə paylaşıb, reklam etmir. Anama bu haqda dəfələrlə demişəm. Lakin o, dediklərimi qəbul etmir. Söyləyir ki, buna gərək yoxdur", - deyə Babək vurğulayıb. 

Z.İbadova isə oğlunun bu sözlərinə "Babəklə razılaşmıram. Ruzunu və bərəkəti verən Allahdır. Gələn səfər verilişinizə məni tək çağırın.

Restoranıma gələnlər xeyir verirlər, sağ olsunlar. Ora gələn təkcə şou əhli deyil ki, yaxşı qonşularım da gəlir. Onlar hər zaman ora gələn ifaçılara hörmət edirlər. Yəni onlar məkanımızda hansısa şənlik keçirirlərsə, ora istədikləri ifaçıları müəyyən qonorar verməklə çağırırlar. Ora gələn müğənnilər heç zaman təmənna güdməyiblər. Zəng etmişəm, onlar da gəliblər" fikirlərini ifadə edib. 


Etiketlər:  Aşıq Zülfiyyənin oğlu Şou əhli restoranımızda yeyib içir hesab ödəmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ