Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2023 14:20
"Əvvəllər buna fikir vermirdim. Deyirdim, tamaşaçı pis başa düşər. Amma indi başa düşürəm ki, verilişə kimlə çıxmağın vacibdir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov "7 canlı" verilişində deyib. Xanəndə səviyyəsinə uyğun sənətçilərlə proqrama qatılmaq istədiyini bildirib:
"Bunları deyirəm, amma yaxşı qəbul olunmur. Əməkdar artist olaraq bunları deməyə haqqım var. Elə dırnaqarası sənətçilər var ki, onları qəbul etmirəm və etməyəcəyəm. Həmin şəxslərlə işim yoxdur, sadəcə onlarla efirə çıxmıram. İllər əvvəl verilişlərin birində bu hal yaşandı. Tamaşaçı xatirinə proqramda sona kimi qaldım, amma qalmamalı idim. Çünki səviyyəmiz uyğun deyildi. Sözündə, səsində mahiyyət yox idi. Aparıcı da onu başda oturtmuşdu".