Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KİV: “PSJ Messini 2 həftəlik komandadan uzaqlaşdırıb”

KİV: “PSJ Messini 2 həftəlik komandadan uzaqlaşdırıb”

Tarix: 2 May 2023 23:48

PSJ hücumçu Lionel Messini 2 həftəlik komandadan uzaqlaşdırıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə RMC məlumat yayıb.

Rəhbərlik futbolçunu baş məşqçi Kristof Qaltye və futbol müşaviri Luiş Kampuşla razılaşdırılmamış Səudiyyə Ərəbistanına səfərə görə cəzalandırmaq qərarına gəlib.

Daha əvvəl bildirilirdi ki, Messinin bazar ertəsi səhər məşqdə olmaması komanda daxilində, ilk növbədə, futbolçular arasında çoxlu söz-söhbətə səbəb olub.

Yaxın Şərq ölkəsində turizm səfiri olan Messi Fransa çempionatının 33-cü turunda "Loryan"la oyunda (1:3) məğlub olandan sonra Səudiyyə Ərəbistanına gedib.

Xatırladaq ki, PSJ Fransa liqasına liderlik edir və "Marsel"dən 5 xal öndədir.

Milli.Az


Etiketlər:  KİV PSJ Messini 2 həftəlik komandadan uzaqlaşdırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ