Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Aİ-nin enerji məsələləri üzrə komissarı Azərbaycanı “ümumAvropa qaz təchizatçısı” adlandırıb

Prezident: Aİ-nin enerji məsələləri üzrə komissarı Azərbaycanı “ümumAvropa qaz təchizatçısı” adlandırıb

Tarix: 3 May 2023 23:12

Uzun illər bundan əvvəl "Azərbaycanın nefti yoxdur" "Azərbaycanın qazı yoxdur" deyirlər. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı "ümumAvropa qaz təchizatçısı" adlandırıb. Bu, doğrudur.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışında qeyd edib.

Dövlətimizin başçısı deyib: "Bu yaxınlarda mən söylədim ki, biz maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcəyik. Beləliklə, bu, onu göstərir ki, bizim layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyacımız var. Bu kompleksi davam etdirməyə ehtiyacımız var".


Etiketlər:  Prezident enerji məsələləri üzrə komissarı Azərbaycanı ümumAvropa təchizatçısı adlandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ